Azərbaycanlı neftiləri Vyetnama necə göndərilmişdi? - Prezident açıqladı

Prezident İlham Əliyev Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafına kömək üçün bu ölkəyə göndərildiyini bildirib.

Dövlət başçısı bu barədə Hanoyda Vyetnam Prezidenti To Lamla görüşdə danışıb.

“Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir”, – İlham Əliyev deyib.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (“PetroVietnam”) arasında əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.