Milli Məclisin deputatı Zahid Oruc yazır:Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəmi altı ay sonra müxalifət partiyasından hakim siyasi qüvvəyə çevrildi. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən ağır dövrünə, müharibəyə, hakimiyyət böhranlarına, iqtisadi tənəzzülə, sonrakı sabitləşmə və dövlət quruculuğu illərinə, nəhayət, 2020-ci ilin hərbi Qələbəsinə və 2023-cü ildə suverenliyin tam bərpası mərhələsinə düşdü.Ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının dağılması keçmiş ittifaq respublikalarının hər birinin ideoloji və siyasi quruluşunda böyük dəyişikliklərə səbəb oldu. İllərlə birpartiyalı sistemin tərkibində yaşayan xalqlar müstəqil dövlət quruculuğuna, yeni siyasi təşkilatlar yaratmağa, idarəetmənin demokratik əsaslarını formalaşdırmağa başladılar. Azərbaycan isə digər respublikaların əksəriyyətindən fərqli olaraq müstəqilliyə Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü şəraitində daxil olurdu. Qarabağ məsələsi milli azadlıq hərəkatının, siyasi partiyaların yaranmasının, meydan mitinqlərinin və hakimiyyət uğrunda mübarizənin əsas mövzularından birinə çevrildi. Hər yeni işğal, qaçqın və məcburi köçkün dalğası ölkədə siyasi gərginliyi artırırdı. Müstəqilliyin qazanılması ilə yanaşı, onun qorunması, ərazi bütövlüyünün müdafiəsi və işlək dövlət hakimiyyətinin yaradılması da qarşıda dayanırdı.Ağır illərdə müxtəlif ideoloji mövqeləri təmsil edən siyasi qüvvələri meydana çıxardı. Çoxpartiyalı sistemə keçid cəmiyyətin siyasi təşkilatlanması üçün yeni imkanlar açırdı. Lakin siyasi institutların zəifliyi, müharibənin davam etməsi və hakimiyyət uğrunda kəskin silahlı mübarizə sabit dövlət idarəçiliyinə keçidi çətinləşdirirdi. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi milli dövlətin qurulmasına gedən yolda nəinki yeni problemləri həll etmədi, əksinə cəmiyyətdə xaosu daha da gücləndirdi. 1993-cü ilin yayında ölkə silahlı qarşıdurma, hakimiyyət böhranı və ərazi itkiləri ilə üzləşdi. Meydanlarda səsləndirilən siyasi vədlərlə dövlət idarəçiliyinin gündəlik tələbləri arasında kəskin ziddiyət hakimiyyət böhranı yaratdı. Heydər Əliyevin ağır dövrdə ikinci dəfə hakimiyyətə qayıtması ölkənin gələcəyini və xalqın təhlükəsizliyini təmin edən xilaskarlıq hadisəsi oldu. 1987-ci ildə SSRİ rəhbərliyindən məhz respublikamıza qarşı planlaşdırılan təcavüz aktlarının həyata keçirilməsinə mane olan böyük qüvvənin uzaqlaşdırılması uzun on illər sovet Azərbaycanın quruculuq yolundan da çıxarılmasına səbəb oldu. Heydər Əliyev xəttinin qırılması hakimiyyətlə xalq arasında bütün iqtisadi-sosial əlaqələrin, mədəni və mənəvi səfərbərliyin də iflasa uğraması demək oldu. Nəhayət, 1990-cı ildə böyük dövlət adamının Azərbaycana qayıtması və ucqar Naxçıvanda çox minli izdihamın tələblərindən sonra siyasi fəaliyyətini davam etdirməsi nəinki muxtar respublikanın, gələcəkdən bütövlükdə bir ölkənin qurtuluşuna çevrildi.1992-ci ilin oktyabrında Azərbaycanın 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti yeni siyasi təşkilatın yaradılmasına aparan mühüm addım oldu. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətdə ölkənin ağır vəziyyəti, dövlətçiliyin üzləşdiyi təhlükələr və siyasi birliyin yaradılması zərurəti əsaslandırılırdı. Heydər Əliyevin həmin müraciətə 24 oktyabr tarixli cavabında siyasi plüralizmə verdiyi yer diqqətəlayiqdir:“Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.”1992-ci ilin siyasi şəraitini bir daha xatırlamaq üçün o dövrə nəzərə salmaq tələb olunur. Yeni Azərbaycan Partiyasının yaranmasının mühüm xüsusiyyəti onun ilk siyasi proqramının ölkəmizin taleyinə verilən birbaşa cavab idi. Dövlət müstəqilliyinin qorunması, vətəndaş qarşıdurmasının qarşısının alınması, Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə, iqtisadi tənəzzülün dayandırılması və dövlət idarəçiliyinin bərpası yeni siyasi qüvvənin əsas məramını təşkil edirdi. Lakin müstəsna olaraq, lider amili ilə siyasi təşkilatlanma bir-birini tamamlayırdı. Heydər Əliyevin uzun illər ərzində qazandığı dövlət idarəçiliyi təcrübəsi partiyanın əsas siyasi üstünlüklərindən sayılırdı. 1993-cü ilin iyun hadisələri Azərbaycanın siyasi tarixində dönüş yaratdı. Yeni Azərbaycan Partiyası beləliklə ölkənin hakim siyasi qüvvəsinə çevrilməyə başladı. 1995-ci il Konstitusiyası isə siyasi partiyalar yaratmaq və birləşmək azadlığını daha geniş hüquqlar çərçivəsində təsbit etdi. Azərbaycanın Avropa Şurasına üzv olması və beynəlxalq hüquqi öhdəliklər götürməsi siyasi təşkilatların fəaliyyəti ilə bağlı yeni müzakirələrə yol açdı.Ölkəmizdə çoxpartiyalı sistem müstəqilliyin ilk illərindəki müharibə, siyasi qarşıdurma və ağır iqtisadi şəraitlə eyni vaxtda formalaşdı. Ona görə siyasi partiyaların bir qismi dövlət quruculuğundan daha çox hakimiyyət uğrunda mübarizə və Qarabağ məsələsi ətrafında təşkilatlanmışdı. İşğalın aradan qaldırılması uzun illər ərzində müxtəlif partiyaların proqramlarında əsas yer tuturdu. Bir-birindən fərqli ideologiyalara malik siyasi qüvvələr ərazi bütövlüyünün bərpasını ortaq milli məqsəd kimi qəbul edirdilər. Lakin 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş verən çevriliş cəhdləri dövlət hakimiyyətinə qarşı silahlı müqavimətin hansı təhlükələr yaratdığını göstərdi. Qanuni siyasi mübarizə, hökumətin tənqidi və hakimiyyətə alternativ proqramların irəli sürülməsi çoxpartiyalı sistemin təbii hissəsidir. Silahlı yolla hakimiyyətin dəyişdirilməsinə yönələn əməllər isə sərt cəzalandırma tələb edir. 2000-ci illərdə postsovet məkanında baş verən “rəngli inqilablar” da Azərbaycanın siyasi müzakirələrinə təsir göstərdi. 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı”, 2004-cü ildə Ukraynada “Narıncı inqilab”, 2005-ci ildə Qırğızıstanda hakimiyyətin dəyişməsi müxtəlif ölkələrdə fərqli siyasi nəticələr doğurdu. Xarici dövlətin başqa ölkənin siyasi qərarlarını qanunsuz yollarla yönləndirmək, partiyaları gizli maliyyələşdirmək və seçki prosesinə müdaxilə etmək cəhdləri dövlət suverenliyi üçün real təhlükə yaradır..Yeni Azərbaycan Partiyasının sonrakı inkişafında İlham Əliyevin siyasi rəhbərliyi yeni mərhələ açdı. 2003-cü ildən etibarən Azərbaycanın iqtisadi və hərbi imkanlarının genişlənməsi, beynəlxalq enerji layihələrinin inkişafı, dövlət idarəçiliyində aparılan dəyişikliklər, parlament və prezident seçkiləri partiyanın fəaliyyət göstərdiyi siyasi mühiti köklü şəkildə dəyişdirdi. Dövlət başçısının eyni zamanda hakim partiyaya rəhbərlik etməsi YAP-ın ölkənin siyasi həyatındakı mövqeyini gücləndirdi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan partiyalar sisteminin fəaliyyətində də mühüm mərhələ oldu. 44 müqəddəs gündə müxtəlif ideoloji baxışları təmsil edən partiyaların böyük hissəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyən siyasi mövqe nümayiş etdirdi. Dövlət suverenliyi və ərazi bütövlüyü bir bayraq, bir lider və ideya ətrafında birləşməyin əsası oldu. Müharibədə Qələbə hər bir azərbaycanlı kimi, mütləq əksəriyyət siyasi qüvvələrin də məramnaələrinin başlıca müddəasının həyata keçirilməsi demək idi. Ali Baş Komandan İlham Əliyev nəinki 1990-cı illərdən qalan, o cümlədən çoxəsrlik itkilər silsiləsi və erməni məsələsini birfədəlik həll etməklə bütövlükdə xalqın gələcəyini yeni strateji hədəflərə yönəltməyi bacardı. Birinci Qarabağ savaşı dalğasında meydan çıxan siyasi qüvvələrin Zəfərdən sonrakı çağırışlara uyğunlaşmaq tələbi, xüsusilə Böyük Qayıdış ideyasıçdı. Nəticədə 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin meydana çıxması göstərdi ki, Qarabağın azad edilməsi uzun illər müxtəlif partiyaların proqramlarında başlıca vəzifə kimi göstərilən məqsəd artıq yerinə yetirilib.İkincisi, dəyişən regional və beynəlxalq şərait yeni siyasi ideyalara, sağlam rəqabətə və sivil mübarizə ənənəsinə ehtiyac duyur. Üçüncüsü, siyasi partiyalar haqqında qanunvericiliyin yenilənməsi siyasi sistemin əvvəlki inkişaf dinamıkasından fərqli mərhələyə keçidini, yeni strateji hədəflərin və milli ideyaların işlənib hazırlanmasını tələb edir. 1990-cı illərin işğalçılıq dalğasında meydana çıxan siyasi qüvvələr Zəfərdən sonra qalib dövlətin irəli sürdüyü yeni proqramları qəbul etməlidirlər. 2022-ci il dekabrın 16-da qəbul olunan, 2023-cü ilin yanvarında qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun əsil milli azadlıq və suverenliyə nail olan bir xalqın həyatında baş verən tarixi dəyişikliklərin hüquqi platformasını müəyyənləşdirdi. Qanunun hazırlanması zamanı partiyaların təsis edilməsi, üzvlük tələbləri, dövlət qeydiyyatı, maliyyələşmə, ianələr, dövlət yardımı və fəaliyyətə nəzarət mexanizmləri uzun müddət açıq dialoq mühitində və anlaşma şəraitində müzakirə olundu. Parlament dinləmələrində müxtəlif siyasi partiyaların təklifləri dinlənildi, layihənin bir sıra müddəaları dəyişdirildi. Yeni qanun 1990-cı illərdə xaricdən ölkəmizə təzyiqlərə hüquqi yol açan və Azərbaycanın kənar siyasi mərkəzlərdən idarə olunmasına xidmət edən zəif bəndlərin aradan qaldırılması ilə nəticələndi. Demokratik Qərbin diqtəsi və Avropa Şurasının Venetsiya Komissiyasının 200-dən artıq prinspilərinin yeni qanunda təsbit olunması belə, Brüssel və Srasburq siyasi elitasını qane etmədi. Çünki ölkəmiz bir daha işğallara və dövlət çevrilişi cəhdlərinə yol açan siyasi mirası saxlaya bilmədi. Yeni dövrün çağırışlarına ən yüksək səviyyədə və hərətərfəfli proqram baxışları ilə cavab verən də qalib Yeni Azərbaycan Partiyasının lideri oldu. 2026-cı il oktyabrın 2-də Bakıda keçirilən ümumxalq tədbiri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayı idi. Prezident İlham Əliyev çıxışında partiyanın keçdiyi yolu, ölkənin son otuz ildə üzləşdiyi təhlükələri, dövlət quruculuğu və Qələbə mərhələlərini qiymətləndirməklə yanaşı, gələcək dövrün yeni vəzifələrini də müəyyənləşdirdi. Dövlət başçısı əvvəlki siyasi hədəflərin dəyişdiyini, lakin müstəqillik, dövlətçilik, iqtisadi təhlükəsizlik və güclü müdafiə imkanlarının əsas prinsip kimi qaldığını bildirdi.Qurultayda səsləndirilən ən böyük milli çağırış dövlət başçısının ideoloji suverenliyi fiziki təhlükəsizlik qədər önəmli sayması idi. Sərhəd tanımayan rəqəmsal məkanı qorumadan coğrafi bütövlük və ərazi üzərində tam hüquqlu idarəçiliyə nail olmaq mümkün deyil.Prezident müasir dövrdə informasiya məkanında baş verən dəyişiklikləri, kiberhücumları, süni intellektin yaratdığı yeni imkanları və riskləri, xarici təsirləri dövlətin təhlükəsizliyi ilə əlaqələndirdi. Xüsusilə təhsilin, milli kimliyin, vətənpərvərliyin və ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğuladı. Müasir dünyada siyasi partiyalar üçün ən böyük çağırışlardan biri vətəndaşların ənənəvi siyasi təşkilatlara etimadının zəifləməsi, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolunun artması və dezinformasiyanın geniş yayılmasıdır. Partiya üzvünün sayı və geniş təşkilati dayaqların mövcudluğu hələ cəmiyyətlə təsirli siyasi əlaqənin tam təmin olunmasına zəmanət vermir. Xarici təsirlərə 44 günlük savaşdakı kimi vahid qüvvə şəklində cavab vermək fərqli meydanlarda eyni anda mübarizə aparmağı tələb edir. Yeni Azərbaycan Partiyası üçün qarşıdakı dövrün əsas məsələlərindən biri onun böyük sosial dayaqlarını cəmiyyətin yeni hədəflərinə və arzularına uyğunlaşdırmaqdır. Partiyanın geniş üzvlük bazası, yerli təşkilatları və dövlət idarəçiliyində təmsil olunmuş kadrları mühüm siyasi resursdur. Gənclərin siyasətdə iştirakı, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, regionların problemlərinin öyrənilməsi, sosial məsələlər haqqında konkret təkliflərin hazırlanması, üzvlərin təşəbbüskarlığı və təşkilatdaxili müzakirələrin keyfiyyəti də mühüm meyarlardır. Azərbaycanın yeni siyasi mərhələsində müxalifət və digər partiyaların qarşısında da ciddi vəzifələr dayanır. Qarabağ münaqişəsinin əvvəlki məzmunu dəyişdiyinə görə siyasi rəqabət daha geniş sosial, iqtisadi və idarəçilik məsələləri üzərində qurula bilər. Partiyaların xarici təsirlərdən qorunması xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətlərə siyasi təsir yalnız diplomatik münasibətlər vasitəsilə həyata keçirilmir. Rəqəmsal platformalar, gizli maliyyələşmə, informasiya manipulyasiyası, xaricdən idarə olunan kampaniyalar və kiberhücumlar siyasi proseslərə mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası indi parlaq hərbi Zəfəri gələcəyə daşımaq, xalqın həyatında onu davamlı etmək və yeni nəsillərə ötürmək kimi tarixi bir missiya qarşısındadır. Azərbaycanın siyasi partiyalar sisteminin gələcəyi də həmin vəzifələrlə birbaşa bağlıdır. Ölkəmizdə müxtəlif siyasi qüvvələr dövlətin inkişafı haqqında fərqli təkliflər irəli sürə, idarəetmənin ayrı-ayrı sahələrinə müxtəlif mövqelərdən yanaşa bilərlər. Lakin rəqabətin siyasi mədəniyyətə, qanunlara və vətəndaşların seçim hüququna əsaslanması dövlətçiliyin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.Ərazi bütövlüyü uğrunda mübarizənin yerini indi suverenliyin qorunması, Qarabağın dirçəldilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və insanların rifahının yüksəldilməsi vəzifələri tutur. Partiyaların tarixi rolu onların keçmiş fəaliyyətində, gələcək dəyəri isə qarşıdakı vəzifələrin həllində göstərəcəkləri nəticələrdə müəyyənləşəcək.
Bu gün
956 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransı zamanı çıxışına müdaxilə edən NBC müxbirini kobud adlandıraraq onunla danışmaqdan imtina edib.
Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Yenicag.az…
Bakının Sabunçu rayonunda kişi futbol oynayarkən həyatını itirib.
Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.Bildirilib ki, əməliyyat zamanı saxlanılan…
Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə...
Bakıda kişi futbol oynayarkən ölüb.. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Yusif Əliyev futbol oynayarkən infarktdan ölüb. Faktla...
Vyetnam Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul edir.
Avropa İttifaqı Ukraynaya indiyədək ayrılan ən böyük həcmli maliyyə dəstəyini təqdim edib. Brüssel Kiyevə 7,9 milyard avro vəsait ayırıb.
Hövsanda minik avtomobili qəzaya uğrayıb.ONN media xəbər verir ki, hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib."Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı "Tatlı"…
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib.Bu barədə BDYPİ-dən məlumat verilib.Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza…
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.ONN media xəbər verir ki, görüşdə çıxış edən Vyetnam…
Gəncədə Zülfüqar Məmmədov adına Xəstəxananın Endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərova tutduğu vəzifədən azad edilib. Bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən…
Hövsanda minik avtomobili qəzaya uğrayıb. Hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib. “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı “Tatlı” şirniyyat mağazasına…
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Almaniyaya səfəri baş tutmayıb. Bu barədə siyasətçi özünün sosial şəbəkə hesabında məlumat yayıb. İsa Qəmbər noyabrın 21-də…
1992-ci ilin noyabrında Naxçıvanda qəbul edilən siyasi qərarın əsl mahiyyətini anlamaq üçün həmin dövrdə Azərbaycanın qarşılaşdığı tarixi şəraitə nəzər salmaq kifayətdir. Dövlət müstəqilliyini yenicə bərpa etmiş…
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib…
Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, zərərçəkən avtomobil almaq məqsədilə…
Noyabrın 20–22də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi…
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkə hesabında AZALın təyyarə qəzasından sağ çıxan və «Rəşadət» ordeni ilə təltif edilən Aydan Rəhimli barədə paylaşımında…
Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan…
Braziliyada həftədə 6 günlük iş rejimi ləğv edilir. Prezident Luiz İnasio Lula da Silva işçilərin həftədə 6 gün işləyib 1 gün istirahət etməsini nəzərdə tutan “6×1” əmək sisteminin ləğvi ilə bağlı fərman imzaladığını…
Bu il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsinin məlumatına görə pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər azalıb. Hazırda…
“Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim”. Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan…
“Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir”. Bu sözləri…
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin müxtəlif bölgələri üzərində 275 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) aşkarlayaraq məhv edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat…
Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb. Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi…
Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Bu sözləri…
Xalq rəssamı Cahangir Rüstəmovun oğlu Elşad Rüstəmov Bakının Yasamal rayonunda yaşadığı mənzildə ölü tapılıb. Modern.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Elşad Rüstəmovun meyiti noyabrın 19-da saat 12 radələrində…
Prezident İlham Əliyev Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafına kömək üçün bu ölkəyə göndərildiyini bildirib. Dövlət başçısı…
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyinə stent yerləşdirərək infarkt təhlükəsinin qarşısını alıb.
"Sizin (Vyetnamın - red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir".
Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan…
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Türk dünyasında dialoq və əməkdaşlığın inkişafına töhfə verib. Bu sözləri TÜRKPA-nın Baş katibi Ramil Həsənin qurumun təsis edilməsinin 18-ci ildönümü münasibətilə…
Bakı, 21 noyabr, AZƏRTAC Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli dostluq ənənələrinə, tarixi əlaqələrə və qarşılıqlı maraqlara əsaslanır. 1992-ci il sentyabrın 28-də diplomatik münasibətlərin…
Bakı, 21 noyabr, AZƏRTAC Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatının ikinci günü keçirilir.Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, K44 kateqoriyası, 70 kiloqram çəki…
Hanoy, 21 noyabr, AZƏRTACNoyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə…
Hanoy, 21 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Vyetnamın və…
Milli Məclisin deputatı Zahid Oruc yazır:Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda…
Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan…
Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Bu sözləri…
"Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir". Bu sözləri…
Həftə sonu bəzi bürclər üçün yeni fürsətlər, digərləri üçün isə mühüm qərarlar və emosional dəyişikliklərlə yadda qala bilər. Astroloji yozumlara görə, bu iki gündə sevgi münasibətləri, maliyyə məsələləri və şəxsi…
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam dedi: - Zati-aliləri İlham…
По итогам церемонии оргкомитет премии анонсировал расширение сотрудничества с Азербайджаном в 2027 году.