Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı

Xaçmaz rayonunda məktəbli qızın meyiti tapılıb.

Oxu.az-a istinadla, 15 yaşlı A.B-nin cansız bədəni evdə yaxınları tərəfindən aşkar olunub.

Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil.

Mərhumun Xaçmaz rayon, Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.