Noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən Forumun açılış sessiyasında çıxış edib.
Forum çərçivəsində mədəniyyət nazirlərinin və iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə açılış sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir.