“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

Madrid təmsilçisi qapıçısı Tibo Kurtua ilə yeni anlaşma əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı qolkiperlə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.

“Real” bundan əvvəl Arda Güler və Orelyen Çuameni ilə də müqaviləni yeniləyib.

34 yaşlı qapıçı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, bu mövsüm La Liqada 11 oyunda meydana çıxıb.