2026-cı ildə Azərbaycanda 1 702 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.
Dövlət bağçalarında ümumilikdə 108 053 uşaq təlim-tərbiyə alıb. Onlardan 50 518-i qızdır.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin 977-si şəhər yerlərində yerləşib. Həmin bağçalarda 85 523 uşaq olub.
Ötən il ölkədə özəl bağçaların sayı isə 172 təşkil edib. Bu müəssisələrdə 8 736 uşaq təhsil alıb. Onlardan 4 398-i qızdır.
Statistikadan göründüyü kimi, dövlət bağçalarının sayı özəl bağçalardan 1 530 ədəd çoxdur. Yəni dövlət bağçaları özəl bağçalardan təxminən 9,9 dəfə çoxdur.
Dövlət bağçalarındakı uşaq sayı isə özəl bağçalarla müqayisədə 99 317 uşaq çoxdur.
Fəridə, Bizim.Media