İsa Qəmbərin ölkədən çıxışına icazə verilmədi

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına icazə verilməyib. Bu haqda o özü məlumat yayıb.Bildirib ki, 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idi: “Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram. Konfrans təşkilatçılarına və iştirakçılarına salamlar olsun!”.