ABŞ-ın Nasdaq fond indeksi cümə günü keçirilən hərracların yekununda 5,28 % azalaraq 1 261,46 bənd itirib və 22 617,73 bəndə enib.
Bu barədə ticarət platformasının məlumatlarında bildirilib.
Məlumata görə, indeks aprelin əvvəllərindəki səviyyəyə qayıdıb. Həmin dövrdən sonra bazarda uzunmüddətli artım müşahidə olunub.
Oktyabrın əvvəlində Nasdaq 27,5 min bəndlə rekord həddə çatıb. Bu, hazırkı göstəricidən 18 %-dən çox yüksəkdir. Ötən həftə ərzində birjada səhmləri alınıb-satılan şirkətlərin ümumi bazar kapitallaşması təxminən 4 trilyon dollar azalıb.
İndeksin geriləməsi Nvidia şirkətinin baş icraçı direktoru Censen Huanqın işdən çıxarılması, eləcə də ABŞ-ın federal qurumlarının və iri şirkətlərin şəbəkələrində genişmiqyaslı nasazlıqlar barədə məlumatların yayıldığı vaxta təsadüf edib.