ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı "NBC News" telekanalının jurnalistini kobud davranışda ittiham edərək ona arxa sıraya keçməyi məsləhət görüb.
Hadisə noyabrın 20-də keçirilən mətbuat konfransında baş verib. Görüşün videogörüntüləri Ağ Evin rəsmi saytında yayımlanıb.
Jurnalist sualını səsləndirmək üçün yüksək səslə müraciət etdikdən sonra Tramp ona sərt reaksiya verib.
“Siz çox kobud insansınız. Mən sizinlə danışmıram. Siz birinci sırada oturmamalısınız. Sizin yeriniz sonuncu sıradır”, – ABŞ Prezidenti bildirib.