Tbilisi, 21 noyabr, AZƏRTAC Biz Qafqazda müharibənin nəticələrini çox yaxşı anlayırıq. İnsanların həlak olması, xüsusilə çoxsaylı hərbi qulluqçuların və mülki şəxslərin itkin düşməsi ciddi problemlərlə müşayiət olunur. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması da məhz bu problemlər sırasına daxildir. Bu, hər bir münaqişə və müharibənin qaçılmaz nəticələrindən biridir.Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.O deyib: “Mən, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından və Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasından sonra Azərbaycanla Ermənistan arasında başlanmış sülh yolu ilə nizamlanma prosesini dəstəkləyirəm. Lakin bu prosesin tənzimlənməli olan çoxsaylı istiqamətləri var. Ən mühüm istiqamətlərdən biri humanitar dialoqdur. Bu çərçivədə itkin düşmüş şəxslərlə bağlı məsələlərin, onların taleyinin və bu problemlə əlaqəli bütün məqamların aydınlaşdırılması xüsusi əhəmiyyət daşıyır.Ona görə də bu istiqamətdə çox diqqətli və hərtərəfli iş aparılmalıdır. Bu prosesdə bütün tərəflər – həm Azərbaycan, həm də Ermənistan iştirak etməlidir. Məlumatlara görə, Azərbaycanda dörd mindən çox insan itkin düşmüş şəxs hesab olunur.Müvafiq komissiya çərçivəsində mütəxəssislərin iştirakı ilə dəfn yerlərinin müəyyənləşdirilməsi, ekshumasiya işlərinin aparılması, genetik ekspertizanın keçirilməsi və hər bir şəxsin kimliyinin dəqiqləşdirilməsi vacibdir. Məqsəd itkin düşmüş şəxslərin ailələrinin nəhayət cavab alması, yaxınlarının başına nələr gəldiyini bilməsidir. Bu, mövcud problemlərin humanitar yolla həlli baxımından çox mühüm məsələdir.İkinci mühüm məqam isə humanitar dialoqa və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına həsr olunmuş belə bir konfransın keçirilməsinin əhəmiyyətidir. İlk növbədə, bu, tərəflər arasında etimadın formalaşmasına xidmət edir. Eyni zamanda, çoxsaylı və olduqca mürəkkəb problemlərin həllinə yönəlmiş siyasi iradənin və istəyin göstəricisidir.Çünki bəzən insanlıq əleyhinə cinayətlərin törədildiyi hallar da olur. İnsanlara işgəncələr verilir, onlar güllələnir, öldürülür, daha sonra isə cəsədləri kimsəsiz ərazilərdə yerləşən qəbirlərdə basdırılır. Belə hallar da baş verir.Mən bu sözləri məhz keçirilən konfransa münasibətdə işlətmək istəmirəm, lakin heç nəyi istisna etmək olmaz. Buna görə də həqiqət necə olursa-olsun, mütləq üzə çıxarılmalı və ictimaiyyətə çatdırılmalıdır. Xüsusilə də tərəflər bu problemlərin həllində maraqlı olduqları üçün itkin düşmüş şəxslərin yaxınları, qohumları və ailə üzvləri mütləq cavab almalıdırlar”, – deyə politoloq bildirib.Onun sözlərinə görə, bu məsələ hələ də həllini tapmamış digər problemlərin sülh yolu ilə nizamlanması prosesinin mühüm tərkib hissəsidir. Buna görə də bu prosesin başlanmasını dəstəkləmək lazımdır.Politoloq hesab edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi bu sahədə böyük təcrübəyə malikdir. Onun təcrübəsindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesində istifadə etmək mümkündür.Levan Mamaladze ümidvar olduğunu bildirib ki, bütün çətinliklərə və hətta olduqca ağır nəticələrlə üzləşmək ehtimalına baxmayaraq, tərəflər yaxın vaxtlarda ortaq məxrəcə gələcəklər. Nəticədə itkin düşmüş şəxslərin taleyi aydınlaşdırılacaq.“Hər kəs başa düşməlidir ki, bu, mürəkkəb prosesdir. Lakin humanitar dialoq və mövcud problemlərin həlli baxımından çox mühüm əhəmiyyət daşıyır. Bu çətin məsələnin həllində hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq və məsələyə aydınlıq gətiriləcək”, – deyə politoloq vurğulayıb. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi
Bu gün
299 xəbər bu gün
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"GTA VI" oyununun satış və ilkin sifarişlərindən əldə olunan ümumi gəlir bir gün ərzində 2,36 milyard dolları ötüb. Bu müddətdə oyunun 24,58 milyondan çox nüsxəsi satılıb və alıcıların 75 faizi "PlayStation 5", 25 faizi…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda…
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist…
Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji…
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. Dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir: "Tbilisi şəhərində yaşayış…
Hanoy. Trend: Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş…
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist…
Bakı, 21 noyabr, AZƏRTAC İran ABŞ-ni Tehranla sülh razılaşması əldə etmək niyyətini açıq şəkildə bəyan etməyə çağırıb. Bundan sonra Hörmüz boğazının açılması ilə bağlı danışıqlara başlamaq mümkün olacaq.AZƏRTAC xəbər…
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim Səməd İbrahim oğlu Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Naxçıvan şəhər 7 nömrəli tam orta…
Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. Xitab24.az-a istinadən, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsi...
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist…
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist…
Нападающий саудовского клуба "Аль-Наср" Криштиану Роналду забил 986-й гол в профессиональной карьере. Со ссылкой на İdma, n.Biz, 41-летний футболист отличился в перенесенном матче девятого тура национального чемпионата…
"Технологии могут сделать преобразования возможными". Эту фразу помощник Генерального секретаря ООН Навид Ханиф произнес 19 ноября, представляя доклад "Электронное правительство 2026", и главное слово в ней - "могут".
ABŞ Prezidenti
Yaponiyanın avtomobil şirkətləri maya dəyərini azaltmaq və qlobal rəqabət qabiliyyətini artırmaq üçün əsas ehtiyat hissələrini və materialları standartlaşdırmağı planlaşdırır.
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Peruda 6,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Uankayo şəhərindən 111 kilometr şimal-qərbdə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. Dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir: "Tbilisi şəhərində yaşayış…
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham…
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus 58-ci MQ-9 pilotsuz uçuş aparatını vurub. IRNA agentliyinə istinadən, bu barədə SEPAH məlumat…
Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi…
Tbilisi, 21 noyabr, AZƏRTAC Biz Qafqazda müharibənin nəticələrini çox yaxşı anlayırıq. İnsanların həlak olması, xüsusilə çoxsaylı hərbi qulluqçuların və mülki şəxslərin itkin düşməsi ciddi problemlərlə müşayiət olunur…
Qazax, 20 noyabr, AZƏRTAC “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət…
Bu gün Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın yarandığı gündür. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş…
Həkim-terapevt Andrey Kondraxin ovucların qırmızı rəngdə olmasının daxili orqanlarda, xüsusən də qaraciyərdə yaranan xəstəliklərin ilkin əlaməti olduğu barədə xəbərdarlıq edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
Американский президент Дональд Трамп на пресс-конференции в Белом доме назвал США, Россию и Китай тремя самыми могущественными государствами мира, особенно в технологическом отношении. "Мы - самые могущественные"…
Ankaranın Çubuk rayonunda torpağın altında yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə toplanan trüf göbələyinin kiloqramı 70 min lirəyə (təxminən 2300 manat) çatır. Türkiyənin trüf göbələyi istehsalı baxımından…
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə hücumların davam edə biləcəyinə işarə edərək Rusiya Prezidenti Vladimir Putinin bu körpünün salamat qalmayacağını anlamalı olduğunu bildirib. O, həmçinin ABŞ…
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi sahədə əməkdaşlığın məhdudlaşdırılması barədə müvafiq göstəriş verib. “The Washington Post” qəzeti bu barədə ABŞ administrasiyasındakı…
ABŞ Federal Təhqiqat Bürosu (FTB) cinayət və hüquq pozuntuları barədə məlumatların saxlanıldığı milli məlumat bazasına kiberhücumla bağlı araşdırma aparır. Bu barədə CNN vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat…
Almaniyanın bir sıra şəhərlərində kansler Fridrix Mertsin hökumətinin məcburi hərbi xidmət planlarına, sosial xərclərin azaldılmasına və digər siyasətlərinə qarşı etiraz aksiyaları keçirilib
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.
İngiltərənin “Lester” klubu satışa çıxarılmayacaq. “The Telegraph”a istinadən, klubun rəhbərliyi əməkdaşlara “Lester”in satış prosesinin dayandırıldığını bildirib. Avqust ayında satışa çıxarılan klubun bütün aktivləri…