"GTA VI" rekorda imza atdı

"GTA VI" oyununun satış və ilkin sifarişlərindən əldə olunan ümumi gəlir bir gün ərzində 2,36 milyard dolları ötüb.

Bu müddətdə oyunun 24,58 milyondan çox nüsxəsi satılıb və alıcıların 75 faizi "PlayStation 5", 25 faizi isə "Xbox" versiyasını seçib. "Sensor Tower" şirkətinin məlumatına görə, "Rockstar Games" PS5 satışlarından 1,77 milyard, "Xbox" satışlarından isə 588 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, oyunun hadisələri Floridadan ilhamlanan uydurma Leonida ştatında cərəyan edir və süjetin mərkəzində Ceyson Düval ilə Lusiya Kaminos adlı iki qəhrəman dayanır.

"GTA VI" həmçinin "PlayStation Store" və "Microsoft Store" tarixində ən çox ilkin sifariş edilən oyun olub, satışa çıxmazdan əvvəl bu sifarişlərdən əldə olunan gəlir bir milyard dolları keçib.