Bilal Ərdoğan Ronaldo ilə görüşdü

Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib.

O, səfər çərçivəsində paytaxt Ər-Riyadda keçirilən Etnospor Mədəniyyət Festivalında iştirak edib. Bilal Ərdoğan proqram çərçivəsində Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" klubuna baş çəkib. Ziyarət zamanı o, komandanın portuqaliyalı ulduzu Kriştiano Ronaldo ilə görüşüb. Tərəflər birlikdə xatirə fotosu da çəkdiriblər.

"Əl-Nəsr" klubunun sosial şəbəkə hesabında Bilal Ərdoğanın ziyarəti ilə bağlı paylaşım edilib. Paylaşımda klubun Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğanı qəbul etdiyi bildirilib. Klubun paylaşımında görüşdən fotolara da yer verilib. Bilal Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutan bu ziyarət sosial şəbəkələrdə də diqqət çəkib.