“Sabah” “Sumqayıt”ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Son ölkə çempionu “Sabah” səfərdə "Sumqayıt"la qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Sabah" turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, XII turun açılış matçında "Zirə" Yevlaxda "İmişli" ilə 2:2 hesablı heç-heçə edib. Tura noyabrın 22-də yekun vurulacaq.