Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasına bütün biletlər satılıb.
Bu barədə Gəncə təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmada mövsümün tamaşaçı rekordu gözlənilir:
“Hazırda nə onlayn satış platformasında, nə də stadionun kassalarında bilet qalıb. Bu səbəbdən arenanın kassaları qarşıdakı günlərdə fəaliyyət göstərməyəcək”.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.