Putin bunu açıq şəkildə bildirdi - Tramp

Rusiya Prezidenti Vladimir Putin Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyini açıq şəkildə bildirib.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

"Mən Rusiya Prezidenti Putinlə ikitərəfli görüş keçirdim və o, Rusiya ilə Ukrayna arasındakı müharibəyə diplomatik yollarla son qoymaq istəyini açıq şəkildə bildirib", - deyə o qeyd edib.

Xatırladaq ki, Putin və Trampın görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.