Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Rusiya mediasına istinadən, bu barədə xarici siyasət idarəsindən bildirilib.

Buxarestin Rusiya idmançılarına viza verməkdən imtina etməsi ilə əlaqədar ona qəti etiraz bildirilib.

"Noyabrın sonunda Buxarestdə 12-14 yaşlı oğlanlar və qızlar arasında taekvondo üzrə keçiriləcək Avropa Birinciliyində iştirak etməli olan Rusiya yığma komandasına giriş vizalarının verilməsindən əsassız imtina edilməsi ilə əlaqədar Rumıniya tərəfinə qəti etiraz bildirilib", - Rusiya XİN-dən bildirilib.