Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.Bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, xəta səbəbindən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.

Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanma yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə qatarlar normal qrafik üzrə hərəkət edib.

Məlumata görə, texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir.