Türkiyə Futbol Federasiyasının verdiyi qərar futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
"Sözcü" qəzetinə istinadən, , Türkiyənin Həvəskar Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Çakırköyspor” - “Çal Belediyespor” qarşılaşması 2099-cu il noyabrın 22-nə təxirə salınıb.
Məlumata görə, qarşılaşmanın yeni başlama saatı da 14:01 olaraq göstərilib. Matçın kodu isə 13766-dır.
Qarşılaşmanın tarixinin 2099-cu il kimi qeyd olunması sosial şəbəkələrdə maraqla qarşılanıb. Qərarın texniki səhv nəticəsində verilib-verilmədiyi ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.