Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” ilə “Niva” markalı minik maşınları toqquşub.
Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.