Ağdam, 20 noyabr, AZƏRTAC 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı təqdim edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Muğam Mərkəzində keçirilən konsertə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.Konsert proqramında tanınmış incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri təqdim olunub, Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Müxbir - Tahir Ağaməmmədov