20 yaşadək futbolçulardan ibarət millimiz Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib.
Növbəti dəfə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Nicat Nərimanov və 45-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.