Qışda geyimlər, isti qapalı məkanlar və temperatur dəyişiklikləri tərləməni artıra, xoşagəlməz qoxunun daha tez yaranmasına səbəb ola bilər.
“Mk.ru”ya istinadən, mütəxəssislər dezodorant və antiperspirant arasındakı fərqləri araşdıraraq qışda hansının daha yaxşı seçim oldunu aydınlaşdırıblar.
Bildirlib ki, dezodorant tərin yaratdığı qoxunu neytrallaşdırır, antiperspirant isə tər vəzilərinin fəaliyyətini müvəqqəti azaldaraq nəmlənmənin qarşısını alır. Buna görə də az tərləyənlər üçün dezodorant, güclü tərləmə problemi yaşayanlar üçün antiperspirant daha uyğundur.
Qışda qoltuqaltı dərisi quru hava və qalın geyimlərin təsirindən həssaslaşa bilər. Bu səbəbdən tərkibində qliserin, pantenol və təbii yağlar olan, dəriyə qulluq xüsusiyyətli vasitələrə üstünlük vermək tövsiyə olunur.
Antiperspirantı səhərlər deyil, axşam yatmazdan əvvəl təmiz və tam quru dəriyə tətbiq etmək daha effektivdir. Dezodorant isə səhərlər istifadə olunmalıdır.