Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) Yəmənin Əl-Mukalla şəhərindən 95 dəniz mili cənub-qərbdə yük gəmisinin atəşə tutulması ilə bağlı məlumat alıb.
Altı naməlum silahlının olduğu tünd-göy rəngli kiçik qayıq gəminin sol bortuna yaxınlaşaraq dörd dəfə atəş açıb.
Gəmidəki təhlükəsizlik qrupu buna cavab olaraq xəbərdarlıq atəşi açıb. Bundan sonra silahlı şəxslər ərazidən uzaqlaşıblar.
Hadisə nəticəsində gəmi zərər görməyib, ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Yük gəmisi marşrutu üzrə hərəkətini davam etdirib.