Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Tahir Mirkişili noyabrın 23-də İtaliyanın paytaxtı Romaya səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində deputatlar Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İtaliyanın strateji araşdırma və beyin mərkəzləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq Azərbaycan-İtaliya münasibətlərinə dair dəyirmi masalarda iştirak edəcəklər.
Səfər noyabrın 26-da başa çatacaq.