"Zəngəzur" biabırçı hesabla məğlub oldu

Təmsilçimiz “Zəngəzur” UEFA Regionlar Kubokunda ilk oyununu keçirib.

7-ci qrupda yer alan komandamız ilk turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşıb.

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin ikinci meydançasında keçirilən görüş rəqibin qələbəsi ilə başa çatıb - 12:0.

“Zəngəzur” növbəti oyununu noyabrın 24-də Türkiyə “İstanbul”una qarşı keçirəcək. Komandamız noyabrın 27-də isə Rumıniyanın “The Carpathians” kollektivi ilə üz-üzə gələcək.