Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.49 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.