Ağdam, 20 noyabr, AZƏRTAC Bu gün tarixi bir gündür. Ağdam şəhərində işğaldan azad olunduqdan sonra ilk dəfə Şəhər Günü keçirilir. Bu gün artıq böyük qürur hissi ilə deyə bilərik ki, şəhərdə 3 mindən çox əhali yaşayır. Bu sayın növbəti aylarda sürətlə artacağı gözlənilir. Ümumilikdə, hazırda rayonda 8300 nəfər yaşayır. Bir il bundan əvvəl bu rəqəm 500-ü keçmirdi.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.O bildirib ki, artıq rayonda üç kənd bərpa olunub və insanlar orada firavan yaşayırlar. Daha iki kənd isə bərpa olunma prosesindədir və işlər bitmək üzrədir. Gələn ilin ilk aylarında həmin kəndlərdə işlər yekunlaşdırılacaq və köç başlayacaq. Ağdam şəhərinin özündə isə növbəti ilin birinci yarısında əhalinin sayının 10 min nəfər artması proqnozlaşdırılır.Emin Hüseynov qeyd edib ki, Ağdam Şəhəri Gününün qeyd olunmasını böyük səbirsizliklə gözləyirdilər və bu tədbirə uzun müddətdir hazırlaşırdılar. Onun sözlərinə görə, bu tarix hamı üçün çox əlamətdardır. Prezidentin tapşırığı ilə Ağdam Şəhəri Günü xüsusi təntənə ilə qeyd olunur. Tədbirdə müxtəlif dövlət qurumları və təşkilatlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, Atıcılıq Federasiyası və Mədəniyyət Nazirliyi iştirak edir. Tədbirə təkcə şəhər sakinləri deyil, çoxsaylı qonaqlar da qatılıblar. Bu, bir daha xalqımızın 30 il həsrətində qaldığı, işğaldan azad olunmuş doğma Ağdamın bu gözəl gününü səbirsizliklə gözlədiyinin göstəricisidir.“Bu günü bizə yaşatdığı üçün Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Onlar bizim ölməz qəhrəmanlarımızdır. Qazilərimizə cansağlığı arzulayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid, rəşadətli ordumuza bu günü bizə yaşatdıqları üçün təşəkkür edirik. Bütün ağdamlıları və Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm”, – deyə Emin Hüseynov bildirib.Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Müxbir - Tahir Ağaməmmədov
Bu gün
1621 xəbər bu gün
Bu kontekstdə analitiklər Avropanın təhlükəsizlik sistemində xüsusi yer tutan Fransaya diqqət çəkirlər. Fransa Aİnin aparıcı dövlətlərindən biri, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bundan əlavə…
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib. Bu barədə “News Armenia” agentliyi məlumat yayıb…
Avropa İttifaqının (Aİ) EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanda 2025-ci ildə yaradılan yeni iş yerlərinin sayı 2024-cü illə müqayisədə 12,3% və ya 1 249 artaraq 11 416-ya çatıb. Bu barədə EU4Business proqramının…
Bu gün Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin 68 yaşı tamam olur.
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən…
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək…
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban…
Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alaraq qarşılığında bu ölkələrə süni intellekt texnologiyaları sata bilər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə…
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük…
Vyetnam Prezidenti To Lam Azərbaycanda təhsil alan minlərlə vyetnamlı tələbənin qazandıqları bilikləri öz ölkələrində tətbiq etdiklərini bildirib. To Lam bu barədə noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham…
"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək…
Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşın gündəlik həyatına daha yaxın edir, bürokratik prosedurları azaldır, insanı sənəd toplamaq, növbələrdə gözləmək və müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas edir. Bunu…
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. "Report"un Hanoya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan…
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin…
Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə…
Prezident İlham Əliyev Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdar olduğunu söyləyib. "Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Almaniya şirkətlərinin nümayəndə heyəti 2027-ci ilin 6-11 iyun tarixlərində dayanıqlı turizm sahəsində ticarət missiyası çərçivəsində Azərbaycana səfər edəcək. "Report"un Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK…
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. "Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon…
Azərbaycanda noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz…
Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb. Bu barədə AFFA açıqlama yayıb…
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib. Bu barədə “News Armenia” agentliyi məlumat yayıb…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Bakı, 21 noyabr, AZƏRTAC İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin…
Hanoy, 21 noyabr, AZƏRTAC Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv…
Hanoy, 21 noyabr, AZƏRTAC Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı vəfat edib.
Важной частью проекта станет и транзит электроэнергии. Армения намерена соединить свои энергосети с Турцией и Азербайджаном.
Премьер-министр Армении Никол Пашинян заявил, что проект TRIPP будет официально запущен 22 ноября. «Завтра мы официально объявим о запуске программы TRIPP, и важной ее составляющей...
21 ноября в Ханое от имени президента Вьетнама То Лама и его супруги Нго Фыонг Ли был дан официальный обед в честь президента Азербайджана Ильхама...
Татьяна Ким покинула пост генерального директора Wildberries. Новым руководителем компании стал Алексей Куликов. Это следует из обновленной выписки ЕГРЮЛ от 20 ноября. Кроме того, Ким больше не числится учредителем...
Азербайджан и Вьетнам также активно сотрудничают в рамках международных структур. Хотел бы особо отметить наше конструктивное сотрудничество, основанное на взаимном доверии и поддержке, в рамках ООН, Движения…
Вьетнам - дружественная для нас страна и стратегический партнер. Как передает Day.Az со ссылкой на АЗЕРТАДЖ, об этом, в частности, заявил Президент Азербайджана Ильхам Алиев в выступлении на официальном приеме в Ханое.
Как традиционный друг Вашей страны, Вьетнам всегда с воодушевлением отмечает значительные достижения Азербайджана, которых он добился благодаря мужеству и творческому подходу в деле социально-экономического развития и…
Азербайджан считается жемчужиной, воплощающей уникальную квинтэссенцию и культурное наследие как Европы, так и Азии. Как передает Day.Az со ссылкой на АЗЕРТАДЖ, об этом, в частности, заявил Президент Вьетнама То Лам в…
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək…
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.
21 ноября в Ханое от имени Президента Социалистической Республики Вьетнам То Лама и его супруги Нго Фуонг Ли был дан официальный обед в честь Президента Азербайджанской Республики Ильхама Алиева и первой леди Мехрибан…
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük…
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. AZƏRTAC xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…