Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanında hazırda heç bir təhlükənin olmadığını bildirib.
Tusk bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, müdafiə və daxili işlər nazirləri Bilqoray bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı ona məruzə ediblər. Hazırda hadisə yerində müvafiq xidmətlər işləyir.
Bundan əvvəl Polşanın Hava Naviqasiyası Agentliyi (PANSA) hərbçilərin tələbi ilə Jeşuv hava limanında mülki reyslərin qəbulunun və göndərilməsinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Polşa ərazisinə Rusiya raketinin daxil olduğu ehtimal edilir.