Antalya, 20 noyabr, AZƏRTACTürkiyə Hərbi Hava Qüvvələri Komandanı general Rafet Dalkıran Pakistana səfər edib.AZƏRTAC xəbər verir ki, üçgünlük səfər proqramı çərçivəsində general Dalkıran Pakistanın Quru Qoşunları komandanı və Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Seyid Asim Munir və Pakistan Hərbi Hava Qüvvələri Komandanı general Zahir Əhməd Baber Sidhu ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Türkiyə-Pakistan hərbi əməkdaşlığı ətraflı müzakirə edilib.Türkiyə Hərbi Hava Qüvvələri Komandanı, həmçinin Pakistan Milli Aviasiya Elm və Texnologiya Parkını və Pakistan Aviasiya Kompleksini ziyarət edib. O, həmçinin Risalpurdakı Əsgər Xan Pakistan Hərbi Hava Qüvvələri Akademiyasındakı Mükəmməllik Mərkəzini ziyarət edərək, orada təlim keçən Türkiyə Hərbi Hava Qüvvələri heyəti ilə görüşüb.Ramin Abdullayev Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya