Ermənistanda yeni Konstitusiyanın hazırlanması istiqamətində işlər davam edir. Sənədin ilkin layihəsinin noyabrın 23-də ictimaiyyətə təqdim olunması gözlənilir.
Bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib. O, layihənin dərcindən sonra vətəndaşlara müraciət edəcəyini də bildirib.
Beləliklə, bazar ertəsi Ermənistanın yeni Konstitusiya layihəsinin məzmunu ilə bağlı ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur.