Ağdam Şəhəri Günü münasibətilə şəhərdə keçirilən tədbirlər çərçivəsində Qarabağ atlarının Zəfər yürüşü təşkil olunub.
Qarabağ atları və atlılar şəhərin küçələrindən keçərək İmarət Kompleksinə doğru yürüş ediblər.
Təntənəli yürüş şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atlarının əzəmətli görünüşü, atlıların qürurlu yürüşü Ağdamda bayram ab-havasını daha da canlandırıb.
Qədim tariximizin, milli-mədəni irsimizin rəmzi olan Qarabağ atlarının doğma Ağdam küçələrində nümayişi Şəhər Gününə xüsusi rəng qatıb.