"Atlant" ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib.
Oxu.Az-a istinadən, o, ötən gün dünyasını dəyişib.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzi müsadirə edilib.