Avstraliyalı əkiz bacılar Anna və Lüsi DeSink 9 ildən artıqdır ki, eyni, tək bir kişi ilə münasibətdədirlər.
“bakupost.az”a istinadla, bacılar özlərini birlikdə tam hiss edir və heç bir şeylərini ayrı etmək istəmirlər.
Ben onların ikisinə də eyni anda sevgisini etiraf edərək, onlara hətta eyni üzük taxıb.
Bu incə jest bacıların gözündə onu layiqli namizədə çevirib. Onlar Benlə nəinki toy arzulayır, eləcə də tezliklə ana olmaq arzusunda olduqlarını bildiriblər.
“Biz bir-birimizi, Beni qısqanmırıq. İstəyirik eyni vaxtda da hamilə qalaq. Bunun üçün süni mayalanma da etdirmək fikrimiz var.
Əkizlərin bu seçimi və bir-birinə bağlılığı bir neçə proqramın mövzusu olub.