Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı evlənmək üçün qaçırdı

Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.

Oxu.az-a istinadla, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.

Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.

Faktla bağlı araşdırma aparılır.