Dövlət Gömrük Komitəsinin kompüter avadanlıqları və aksesuarlarının satın alınması üzrə dövlət satınalması həyata keçirmişdir.
Tender serverlərin, məlumat saxlama sistemlərinin və şəbəkə avadanlıqlarının alınmasını nəzərdə tutur. Satınalmanın ehtimal olunan qiyməti 4 milyon 397 min 72 manat olub.
Satınalmanın qalibi “Caspel” MMC olmuşdur.
Xatırladaq ki, Banker.az-ın verdiyi əvvəl məlumatlara əsasən, şirkət bu il ərzində Dövlət Vergi Xidmətinin 2 fərqli tenderinin də qalibi olmuşdur. Tenderlərin təqribi qiyməti 4 milyon manat olmuşdur.
Tender sentyabrın 8-də elan edilib, oktyabrın 5-də isə elana dəyişiklik edilib. Təkliflərin qəbulu oktyabrın 13-də saat 18:00-da başa çatıb.