Ekvadorun üçüncü divizionunda keçirilən oyun zamanı gözlənilməz hadisə yaşanıb.
“Syudad de Yantsasa” klubunun futbolçusu Con Perlas ehtiyat oyunçular skamyasından yan xətt hakiminin üzünə daş atıb.
Bu əməlinə görə, o, 8 il müddətinə futboldan kənarlaşdırılıb.
C.Perlasın hansı səbəbdən belə hərəkətə yol verməsi məlum deyil.