Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib (FOTO/VİDEO)

Hanoy. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.