“Syudad de Yantsasa” klubunun futbolçusu Con Perlas Ekvadorun üçüncü divizionunda keçirilən oyun zamanı ehtiyat oyunçular skamyasından yan xətt hakiminin üzünə daş atdığı üçün 8 il müddətinə futboldan kənarlaşdırılıb.
Hadisə oktyabrın 17-də “Syudad de Yantsasa” və “Rio Aquariko” komandaları arasında keçirilən matçda baş verib. Hakim ciddi xəsarət alıb və əməliyyat olunub.
“Syudad de Yantsasa” klubu 2 min dollar cərimələnib. Bundan əlavə, zərərçəkən hakimin tibbi xərclərini qarşılamaq üçün 4369,73 dollar ödəməyə məcbur edilib.