Bakıda “Kia” və “Isuzu” toqquşdu, xəsarət alan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Kia” markalı minik avtomobili ilə “Isuzu” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya “Kia”nın sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.