"Real" Orelyen Tçuameni ilə bağlı qərarını verdi

"Real" futbol klubu Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni müqavilə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

Tçuameni 2022-ci ildə "Real"a keçib. Komanda ilə Çempionlar Liqasının, iki UEFA Superkubokunun, İspaniya çempionatının, Kubokunun və Superkubokunun qalibi olub.

O, Fransa millisinin heyətində 50 oyun keçirib və üç qol vurub. Milli komanda ilə 2021-ci ildə Millətlər Liqasının qalibi olub.