Putin Çinə niyə nüvə çamadanı ilə gedib? - ABŞ və Rusiyadan fərqli reaksiya

Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanı Çinin Şençjen şəhərində keçirilən APEC sammiti zamanı kameralara tuş gəlib. Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov Rusiya prezidentinin köməkçisinin əlindəki qara portfelə diqqət yetirərək onun içərisində həqiqətən də strateji nüvə silahlarının idarə edilməsi üçün nəzərdə tutulan qurğu olub-olmadığını soruşub. Köməkçi isə bunu təsdiqləyib.