Bakı, 19 noyabr, AZƏRTAC Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışının açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca iştirakçı ölkələrin paradı keçirilib. Daha sonra “Ümid Məşəli” tədbirə gətirilib və alovlandırılıb.Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov fiziki və əqli imkanlarından asılı olmayaraq hər kəs üçün idmana bərabər çıxış imkanlarının yaradılmasının dövlət idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, Prezident İlham Əliyevin idmana və inklüziv layihələrə göstərdiyi diqqət nəticəsində Azərbaycanda Xüsusi Olimpiya Hərəkatının uğurla inkişaf etdiyini vurğulayıb.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin onların cəmiyyətə inteqrasiyasında və inklüzivliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Nazir bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, eləcə də Paralimpiya, Xüsusi Olimpiya və Deflimpiya komitələrinə göstərilən dəstəkdən danışıb.Xüsusi Olimpiya Avropa və Avrasiya regionunun prezidenti və baş direktoru Sven Albrext yarışın Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini və qonaqpərvərliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov badmintonun hər kəs üçün əlçatan idman növü olduğunu bildirib. O, ölkədə bu idman növünün inkişaf etdiyini, Xüsusi Olimpiya Hərəkatının dəstəklənməsinin federasiyanın fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev yarışın universitetin idman zalında keçirilməsini əlamətdar hadisə adlandırıb. O, belə tədbirlərin xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunmasına və onların sosial həyata inteqrasiyasına töhfə verdiyini bildirib.Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov isə turnirin dostluq, həmrəylik və bərabər imkanların təntənəsi olduğunu qeyd edib. O, 1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu günədək minlərlə gəncin idmana cəlb olunmasına və sosial həyata inteqrasiyasına dəstək verdiyini bildirib. Komitə sədri idmanda əsas məqsədin yalnız qələbə qazanmaq deyil, həm də şəxsi potensialı reallaşdırmaq və çətinlikləri aşmaq olduğunu vurğulayaraq turniri açıq elan edib.Qeyd edək ki, Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir. Müxbir-Mikayıl Məmmədov Operator-Vüsal Tağıyev
Bu gün
2069 xəbər bu gün
Noyabrın 20-də Brüsseldə ikinci Avropa İttifaqı-Böyük Britaniya sammiti başlayıb. "Report"un Avropa bürosunun məlumatına görə, sammitdə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula…
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 9,93 milyon ABŞ dolları dəyərində 3 min 474 ton qoyun və keçi ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı…
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, proqram komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun…
Türkiyənin Ankara şəhərində keçirilən 9-cu "TRAVELEXPO ANKARA" Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycanın turizm imkanları təqdim olunur. Dövlət Turizm Agentliyinə istinadən, Türkiyənin müxtəlif regionlarından…
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 128,4 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları…
Gəncə, 20 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə…
Bakı, 20 noyabr, AZƏRTAC Avropa ölkələrinin Azərbaycana marağının artması bir sıra mühüm amillərlə, ilk növbədə Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin…
Bakı, 20 noyabr, AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə başlanılıb.BŞTİ-dən…
Bakı, 20 noyabr, AZƏRTAC Avropada istiqraz emissiyalarının həcmi dövlət borclanmalarının və süni intellekt bumunun yaratdığı maliyyələşmə ehtiyaclarının təsiri ilə ilk dəfə 2 trilyon avronu ötüb. ABŞ-nin iri texnologiya…
Bakı, 20 noyabr, AZƏRTAC Bakının Mərdəkan qəsəbəsində yerləşən Axund Abuturab türbəsi 1908-ci ildə inşa edilmiş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Tarixi və memarlıq xüsusiyyətləri ilə seçilən türbə dövrün…
Bakı, 20 noyabr, AZƏRTAC Kənd təsərrüfatı ölkənin iqtisadiyyatında prioritet sahələrdən biridir və bu sahənin inkişafı növbəti illərdə ölkənin əsas prioritet istiqamətlərindən biridir.AZƏRTAC xəbər verir ki, bu sözləri…
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycanda noyabrın 21-nə olan hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu…
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkənin yeni konstitusiya mətninin Ədliyyə Nazirliyi tərəfindən noyabrın 23-də dərc ediləcəyini bəyan edib.
“Bir dəfə, iki dəfə üzünə vurmaram, üçüncü dəfə mədəni surətdə sağollaşıram”. Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Qonaqcanlı” verilişində deyib. Sənətçi yalan, saxtakarlıq gördüyü halda, dərhal…
Ermənistan vətəndaşlığını qəbul etmiş Qarabağda yaşamış şəxslərə verilən yeni biometrik sənədlərdə "doğum yeri" qrafasına Azərbaycanın adı yazılır. Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki,...
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Bu barədə o, "X" sosial şəbəkəsində bildirib. Müşavirədə nazirlər, Polşa...
Ağdaşın Kotanarx kəndinin bələdiyyə sədri Əli Qarakişi oğlu Lətifov dünyasını dəyişib.
Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrə deyil, həm də uzun illərin dostluq tarixinə, qarşılıqlı dəstəyə və ortaq maraqlara söykənir.
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur. Moderator.az bildirir ki, oxu.az-ın məlumatına görə, sözügedən məsələ Mülki Məcəlləyə və "Daşınmaz…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man…
Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb. "Qafqazinfo"ya istinadla, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur. Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci…
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin…
К вопросу о возможных военных ударах он намерен вернуться после начала нового года.
Предыдущий контакт лидеров двух стран состоялся на прошлой неделе в Москве в рамках саммита ОДКБ.
Когда бывший высокопоставленный чиновник начинает публично критиковать внешнеполитический курс, который сам ещё недавно помогал формировать, к его словам стоит прислушаться. Особенно если речь идёт об...
Азербайджанский боец смешанных единоборств Тахир Абдуллаев не сумел уложиться в весовой лимит перед турниром UFC Qatar, который пройдет 21 ноября в Дохе.
Azerbaijan Airlines, входящая в AZCON Holding, удостоена двух престижных международных наград за качество обслуживания пассажиров и высокий уровень сервиса во время полетов - "2027 APEX Four-Star Major Airline" и "2027…
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027…
Участники Международного форума омбудсменов, прошедшего в Москве в рамках ежегодного заседания Евразийского альянса омбудсменов, подписали декларацию о намерениях создать Всемирное независимое объединение правозащитников…
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətinin…
В Азербайджане завершена выплата пенсий за ноябрь по всей стране. Как сообщили Day.Az в Министерстве труда и социальной защиты населения, Государственный фонд социальной защиты полностью завершил перечисление пенсионных…
Tural Bağırov
Samir Vəliyev
Hakan Fidan
Bakı Media Mərkəzinin rəhbəri