NATO Türkiyəni təhdidlərdən qoruya bilmir

NATO tərəfindən yaradılmış təhlükəsizlik arxitekturası Türkiyəni Yaxın Şərqdən qaynaqlanan təhdidlərdən qoruya bilmir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə NATO-nun mühüm üzvüdür. Lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdə təhlükəsizliyimizi təmin etməyib. Çünki bizim maraqlarımız digər strateji regionları da əhatə edir”, - o bildirib.