Bakı, 20 noyabr, AZƏRTAC Bakının Mərdəkan qəsəbəsində yerləşən Axund Abuturab türbəsi 1908-ci ildə inşa edilmiş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Tarixi və memarlıq xüsusiyyətləri ilə seçilən türbə dövrün dini-memarlıq ənənələrini özündə əks etdirir. Abidə Mərdəkanın zəngin tarixi irsinin mühüm nümunələrindən biri olmaqla yanaşı, keçmişin izlərini bu günədək yaşadır.AZƏRTAC-ın əməkdaşının hazırladığı fotoreportajda Axund Abuturab türbəsinin memarlıq görünüşünü və tarixi özünəməxsusluğunu əks etdirən görüntüləri təqdim edirik. Fotoqraf – Orxan Kərimov