Nüşabə KİMƏ SƏSLƏNDİ: “Gözüm baxa-baxa yalan danışma”

“Bir dəfə, iki dəfə üzünə vurmaram, üçüncü dəfə mədəni surətdə sağollaşıram”.

Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Qonaqcanlı” verilişində deyib.

Sənətçi yalan, saxtakarlıq gördüyü halda, dərhal işbirliyinə son qoyduğunu açıqlayıb:

“İlk dəfə Ramillə də, Rövşənlə də işbirliyinə başlayanda dedim ki, iki məqamda insanlar arasında dostluq pozulur: səmimiyyət olmayanda… Sən mənə gözüm baxa-baxa yalan danışırsan, mən də sənə gözün baxa-baxa yalan danışıram. Sən məni gözüm baxa-baxa aldadırsan, mən səni gözün baxa-baxa aldadıram. Bunu qulağında sırğa et ki, sənin qarşında oturan arif adamdır. Mən də bilməliyəm ki, mənim qarşımda oturan arif adamdır. Heç vaxt bunu etməyə çalışmayın. Bir dəfə, iki dəfə üzünə vurmaram, üçüncü dəfə mədəni surətdə deyərəm: “Sağ olun, sizinki sizdə, mənimki məndə”. Həmin sözlər Rövşənə də aiddir. Rövşən bir dəfə, iki dəfə deməz, xanımlığıma, yaşıma görə deməz, üçüncü dəfə deyər: “Nüşabə xanım, sizə böyük hörmətim var, amma bizimki alınmır”. Ona görə də gəl şərti şumda kəsək; mənim nə xoşuma gəlmir deyirəm, sən də mənə de. Dostluqda da, işbirliyində də, evdə də, həyat yoldaşımla, uşaqlarımla da beləyəm. Mənə düzünü deyəcəksən, bundan gözəl nə var ki…”