Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? -Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi. Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə mənim Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi. Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir. -İqtisadi-ticari münasibətlərin əsas nəticələri, istiqamətləri və inkişaf potensialı hansılardır?-Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb. Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək.-Humanitar, təhsil və mədəni əlaqələr ölkələrimizin bir-birinə yaxınlaşmasında hansı rol oynayır və bu prosesə hansı təşəbbüslər imkan yaradır?-Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib.Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib.Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər.Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı: dördüncü festival ilk dəfə olaraq iki şəhəri — Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu.Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və ölkənizə bir neçə kitab həsr edib. Onlardan biri – “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib.Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib. -Vyetnama qarşıdakı səfərinizdən gözləntiləriniz nələrdir?-Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.
Bu gün
2962 xəbər bu gün
Nərimanov rayonundakı "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya…
Özünü imkanlı iş adamı kimi təqdim edən qadın biznes qurmaq vədi ilə 13 nəfərin etibarından sui-istifadə edərək onlara 540 min manatdan çox maddi ziyan vurub.
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidməti…
Rusiya Prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin hərbi əməliyyatların dayandırılmasında maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, döyüşlər dayandırılacağı təqdirdə Ukrayna rəhbərliyi dərhal seçkilərə…
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi…
Qalın və isti ayaqqabı içliklərinin dar ayaqqabılarda istifadəsi ayaqların daha çox üşüməsinə səbəb ola bilər. Bu barədə Sankt-Peterburqdakı “Bud Zdorov” klinikasının travmatoloqu Aleksey Avdonin...
Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib. Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tədbirdə...
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından sonra yeddi nəfər itkin düşüb. Onların arasında üç uşaq da var.ONN media xəbər verir ki, bu barədə Gürcüstanın daxili…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Bu barədə AQTA məlumat…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Lənkəran. Trend: 1994-cü ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişiklikləri nəzərdə tutan layihə hazırlanıb. Trend-in müxbiri xəbər verir ki, bunu…
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları” mövzusunda tədbir…
Bakı. Trend: “Deepfake” texnologiyalarından istifadə etməklə hazırlanan saxta görüntü və səslər artıq hibrid hücumların tərkib hissəsidir. Generativ süni intellekt kiberhücumları daha ucuz, sürətli…
Latviyanın yeni hökuməti rus dilinin ictimai məkanda istifadəsini məhdudlaşdırmaq üçün hüquqi baza yaratmaq məqsədilə derusifikasiya haqqında deklarasiya qəbul etməyi planlaşdırır…
PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin…
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq…
Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub. Bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə…
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə…
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə Çində keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, Krım körpüsünə endirilən zərbələrə Moskvanın…
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə zərbə endirib. Nəticədə 11 nəfər xəsarət alıb. Bu barədə Telegram kanalları yazıb. Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bildirib ki, tibb müəssisəsində üç qadın…
Ölkə Prezidentinin sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Məleykə Abbaszadənin 26 ildən…
ABŞ-ın “AECOM” şirkəti TRIPP layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə araşdırmanın ilkin nəticələrini Ermənistan baş nazirinin müavini Mher Qriqoryana və dövlət qurumlarının nümayəndələrinə təqdim edib. Görüşdə…
Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik və tərəqqi tarixidir” mövzusunda konfrans keçirilib. Konfransda Salyan Rayon…
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbasda nəzarətində qalan əraziləri bir müddət də əlində saxlamaq istəyini mənasız adlandırıb. Onun iddiasına görə, Donbasın 10 faizi hazırda Kiyevin nəzarətindədir. Putin…
Milli Hidrometeorologiya Xidməti noyabrın 20-də Bakıda, Abşeron yarımadasında və bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir…
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə viza rejiminin 2029-cu ildə liberallaşdırılmasını daha real hesab etdiyini bildirib. Paşinyan bu hədəfə çatmaq üçün biometrik pasport sisteminin tətbiqini mühüm…
Krım körpüsünün dəmir yolu hissəsinə Ukrayna Silahlı Qüvvələrinin endirdiyi üçüncü zərbənin nəticələrini əks etdirən ilk foto yayılıb. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, “Neptun” raketləri körpünün dəmir…
"PAŞA Bank"ın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin…
Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında 2026/2027 mövsümünün püşkü atılıb. Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib. Tədbir çərçivəsində futzalın yeni loqosu təqdim olunub. Mərasimdə AFFA-nın…
Azərbaycanda istehlakçıların qüsurlu malların satışı ilə bağlı müraciətləri üstünlük təşkil edir. Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin…
Azərbaycanda, eləcə də qonşu ölkələrdə böyük siyasi hadisələr cərəyan etdiyi vaxtlarda tez-tez xaricdən qaynaqlanan dezinformasiya hücumları müşahidə olunur. Bunu Media və Yayım Şurasının Dezinformasiya ilə mübarizə…
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib. Qeyd edək ki, bu gun Prezident İlham Əliyevin…
Bu ilin 10 ayında Azərbaycanda istehlakçılara 315 min manat vəsait qaytarılıb. Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
"Neftçi" klubunun təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları ayı çərçivəsində uşaqların hüquqlarının müdafiəsi və təhlükəsiz idman mühitinin təşviqi məqsədilə seminar təşkil olunub. Bu barədə paytaxt…
Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak…
Bakıda “Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları…
2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçı müraciətləri əsasında 314 997,5 manat vəsait geri qaytarılıb. Bunu İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqov bildirib. Onun sözlərinə görə, hesabat…
Bakı, 19 noyabr, AZƏRTAC Bu ilin yanvar-oktyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın oub. Narkomanlığa və Narkotik…
Bakı, 19 noyabr, AZƏRTACAvropa İttifaqı Şurası İndoneziya ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin və İnvestisiyaların Qorunması Sazişinin imzalanmasını təsdiqləyib. Şura bildirib ki, bu sənədlər tərəflər arasında…
Antalya, 19 noyabr, AZƏRTAC Ankarada keçirilən 9-cu “Travel Expo” Beynəlxalq turizm və səyahət sərgisində Azərbaycanı təmsil etməklə yanaşı, turagentliklər vasitəsilə ölkəmizə səyahətlərin təşkilinə də şərait…
Bakı, 19 noyabr, AZƏRTAC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına…
Bakı, 19 noyabr, AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba və Xaçmaz rayonlarında təşkil olunan “Müasir bağçılıq sistemləri: seleksiya…
Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ssenariyə uyğun olaraq, Azərbaycan…
Moskva, 19 noyabr, AZƏRTAC Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ankoricdə keçirilən danışıqlarda Rusiya tərəfi Ukraynadakı münaqişənin nizamlanması üçün ABŞ-nin təklif etdiyi kompromislərlə razılaşıb.AZƏRTAC…
Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yazıçı Ülkər Ayçiçəyin “Hekayələr sehrində” kitabının təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, əlil arabasından istifadə edən Ülkər…
Bakı, 19 noyabr, AZƏRTAC 2026-cı ilin yanvar-sentyabr ayları ərzində keçirilmiş 6372 elektron satınalmanın ümumi məbləği 3,2 milyard manat təşkil edib. AZƏRTAC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə…