Qazax sakini kafenin qarşısında bıçaqlandı

Qazaxda iki nəfərin mübahisəsi qanla nəicələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qazax sakini, 2003-cü il təvəllüdlü Rəhman Privadiyev bədənin kəsilmiş-deçilmiş yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, dərhal əməliyyata götürülüb, ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

İlkin versiyaya əsasən kafelərin birinin qarşısında düşən mübahisə zamanı R. Privadiyevə kəsici alətlə xəsarət yetirməkdə 1993-cü il təvəllüdlü Qəfər Dilənçili şübhəli bilinir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu