Bakı, 19 noyabr, AZƏRTAC Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır. Məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu.AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, statistikaya görə, ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb. “Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyil edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar. Yüksək sürətin xoşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai. Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər”, - deyə məlumatda qeyd olunub.
Bu gün
2893 xəbər bu gün
“Krım körpüsü müstəsna olaraq mülki obyektdir, ondan hərbi texnikanın daşınması üçün istifadə edilmir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında çıxışı zamanı deyib. Rusiya lideri Ukrayna Silahlı…
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) intihar edibmiş. Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb. Müraciət ötən gün, axşam saatlarında…
Azərbaycanda 2028-ci ilə qədər 500 süni intellekt mühəndisinin hazırlanması və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılması planlaşdırılır. Bu proses ölkədə yeni texnologiyaların inkişafı ilə yanaşı, əmək…
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkındakı antisanitar vəziyyət aradan qaldırılıb.
Xəzər dənizinin sahilboyu ərazilərinin gələcək istifadəsi müəyyənləşdiriləcək. Bu ərazilərin bir hissəsi ekoloji mühafizə, digərləri isə çimərlik, istirahət və biznes fəaliyyəti üçün ayrılacaq.Metbuat.az-ın məlumatına…
Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz / Anadolu Agency (Wire)
Однако РФ постоянно слышит из ЕС о таких "планах", заявил президент.
Возможное прекращение огня на Украине после этих ударов Москва рассматривать не планирует.
Суд Армении принял решение продлить на три месяца домашний арест лидера движения «Священная борьба» архиепископа Баграта Галстаняна, сообщают армянские СМИ. Он был арестован в ночь...
В Национальной библиотеке Администрации Президента Турецкой Республики в Анкаре состоялся Международный конгресс по музееведению 2026 (Türkiye Uluslararası Müzecilik Kongresi 2026), объединивший представителей музейного…
Для достижения стратегической автономии необходимо расширять круг партнеров и иметь больше альтернатив как на внутреннем, так и на международном уровне. Развитие внутреннего сотрудничества в сфере кибербезопасности…
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər.
İşçi Qrupu
Nazir
Samir Vəliyev
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Bu barədə AQTA…
“O nə deyər, bu nə deyər” fikri ilə çoxdan qurtarmışam. Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “İncəSəhər” verilişində deyib. Sənətçi bəzi insanların qınaq atəşinə tuş gəlməkdən…
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2026-cı ilin yanvar-oktyabr ayları ərzində cinayət məsuliyyətinə 4 731 nəfər cəlb edilib, onlardan 4 603-ü kişi, 128-i qadın olub. Bu barədə Redaktor.az-a Narkomanlığa və…
Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və...
Şençjendə Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü, qəbul edilən Sülh Bəyannaməsi və liderlərin verdiyi mesajlar dünya siyasətində yeni geosiyasi mərhələnin konturlarını üzə çıxarır. Vaşinqton və Pekin yeni dünya…
Sabirabad Elektrik Şəbəkəsinin müdiri vəzifəsinə təyinat olub.