Çin lideri: Dünyada əsrlik miqyasda dəyişikliklər sürətlənir, planetdə sabitlik yoxdur

“Dünya sürətlə dəyişən proseslər yaşayır və qeyri-sabit olaraq qalır”.

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə bəyan edib.

“Bu gün dünyada əsrlik miqyasda dəyişikliklər sürətlənir, planetdə sabitlik yoxdur. Mürəkkəb dövrlərdə məsuliyyət özünü büruzə verir. Üç ölkəmiz bütün dünyada sülhün və sabitliyin qorunmasında birgə nümunə göstərməli, bəşəriyyətin tərəqqisinə daha böyük töhfə verməlidir”, - o bildirib.

Si Cinpin vurğulayıb ki, Çin, Rusiya və ABŞ qlobal problemlərin həlli və sülhü və sabitliyi birgə qorumaq üçün əməkdaşlıq etməlidir.