Azərbaycan Gürcüstandan avtomobil idxalını 28% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 175,3 milyon ABŞ dolları olan 4 888 ədəd minik avtomobili ixrac edilib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Avtomobillərin dəyəri illik nisbətdə 3,13%, sayı isə 1 883 ədəd və yaxud 27,81% azalıb.

İlk 10 ayda Gürcüstandan ümumilikdə 1 milyard 721 milyon ABŞ dolları dəyərində 69 925 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7%-i Azərbaycanın payına düşüb.